Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tryuk həyata keçirmək istədi, ayaqlarını itirdi - VİDEO

Tryuk həyata keçirmək istədi, ayaqlarını itirdi - VİDEO

Tarix: 23 Sentyabr 2021 14:24

Rusiyanın Rostov şəhərindən olan kaskadyorun yeni tryuku kədərli nəticələrlə bitib. Belə ki, yeni fəndindən sonra onurğası qırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı Yevgeniy Çebotarev özünün "Instagram" səhifəsində avtomobili ilə çayın üzərindən tullanmasının görüntülərini paylaşıb.

Tryuk nəticəsində onun onurğa sütununun doqquzuncu fəqərəsi  qırılıb. Onun ayaqları həssaslığını itirib.

Bu səbəbdən o, karyerasına son qoymaq məcburiyyətindədir.

Qarşıda onu uzunmüddətli bərpa kursu gözləyir.

Milli.Az


Etiketlər:  Tryuk həyata keçirmək istədi ayaqlarını itirdi VİDEO


RƏYLƏR