Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 10:22
Niderlandda 12 yaşlı oğlan koronavirusa qarşı peyvənd olunmasına icazə verməyən atasını məhkəməyə verərək istədiyinə nail olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Qroningen şəhər məhkəməsi azyaşlının xeyrinə qərar qəbul edib.
Sənəddə uşağın mənafeyi nəzərə alınaraq, atanın bu işdə övladına maneə törədə bilməyəcəyi qeyd edilib. Həmçinin, COVID vaksini faydalarının onun risklərindən daha çox olduğu bildirilib.
Qeyd edək ki, Niderlandda azyaşlıların vaksinasiyası üçün hər iki valideynin icazəsi tələb olunur.