Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəncəfilli almalı kompot

Zəncəfilli almalı kompot

Tarix: 25 Sentyabr 2021 07:54

Zəncəfilli almalı kompot
Lazım olanlar:
- 1 litr su
- 15 qram zəncəfil kökü
- 300 qram alma
- 2 xörək qaşığı limon şirəsi
- 2 xörək qaşığı şəkər tozu
Zəncəfilin kökü yuyulub nazik doğranır, soyuq suya tökülüb odun üstünə qoyulur. Alma iri kubik şəklində doğranır, qaynayan suyun içərisinə atılıb, 15 dəqiqə qaynadılır. Qaynayan su odun üstündən götürülüb içərisinə limon şirəsi və şəkər tozu əlavə edilir.
Zəncəfilli limonad.
Lazım olanlar:
- 2 ədəd limon
- 200 qram zəncəfil kökü
- 3 litr su
- 4 xörək qaşığı bal
- 2 xörək qaşığı şəkər tozu
Zəncəfil kökü sürtkəcin xırda gözündən keçirilir, 1 litr suyun içərisinə qoyulur. Limonun şirəsi sıxılıb qabıqları xırda doğranılır, suyun içərisinə əlavə edilir. Suya 2 xörək qaşığı şəkər tozu əlavə edilib qaynadılır. Soyuyandan sonra bal və limon şirəsi əlavə edilir.


Etiketlər:  Zəncəfilli almalı kompot


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ