Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 10:44
Sərxoş vəziyyətdə olan Hollivud aktyoru Nikolas Keyc "bomj" hesab edildiyi üçün Las-Veqasda (ABŞ) restorandan qovulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda görünür ki, ayaqyalın və bəbir naxışlı şalvarda olan Keyc onu otaqdan çıxartmaq istəyən qadınla mübahisə edir. Sonra mühafizəçi onu müəssisədən çıxardır. 57 yaşlı aktyor yenidən restorana qayıtmaq istəsə də, qapıdan buraxılmır.
Hadisə şahidləri sərxoş aktyorun evsiz bir insanla qarışdırıldığını bildiriblər.