Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəridəki çatlardan qurtulun

Dəridəki çatlardan qurtulun

Tarix: 25 Sentyabr 2021 18:03

Bədənin müxtəlif bölgələrindəki çatlar xüsusən də qadınların ən pis kabuslarından biridir. Yemək vərdişləri, genetik faktorlar, çəki artımı və hamiləlik bədəndə çatların yaranmasına səbəb olur.

Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində hazırlanan çatların məsamələrini azaldan və tədricən yox edən bir neçə üsulu təqdim edir.

1. Tərkibi:

1 xörək qaşığı badam yağı

1 xörək qaşığı ərik yağı

2 yemək qaşığı limon suyu

2 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası

Bütün ləvazimatları qatılaşana qədər qarışdırın. Çimməzdən 30 dəqiqə əvvəl çat olan yerləri bu məhlulla masaj edib, 10 dəqiqədən sonra yuyun.

Ayda 3 dəfə müntəzəm olaraq tətbiq etdiyiniz zaman çatların qısa müddətdə yox olduğunu görəcəksiniz.

2. Kakao yağı

Çatlardan qurtulmaq üçün tətbiq edə biləcəyiniz başqa bir üsul isə kakao yağıdır. Gündə iki dəfə çatlamış bölgəni kakao yağı ilə masaj edin.

3. Fırça ilə ovuşdurun

Fırçalamaq qan və limfa dövranını stimullaşdırır. Ayrıca bölgədəki toksinləri daha asan aradan qaldırmağa kömək edir. Eyni zamanda yağ və tər vəzilərinin funksionallığını artırır və ölü dəri hüceyrələrini təmizləyir. Bu sizin daha hamar, yumşaq və ləkəsiz dəriyə sahib olmağınıza kömək olacaq.

Fırçanın uclarının yumşaq olduğundan əmin olun. Dairəvi yuxarıya doğru hərəkətlərlə yavaş formada 5-6 dəqiqə fırçalayın. Duş alıb, bölgəyə nəmləndirici krem çəkin. Çimməzdən əvvəl bunu hər gün təkrarlayın.


Etiketlər:  Dəridəki çatlardan qurtulun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ