Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda mənzillərdən 22 min manatlıq oğurluq edən şəxs tutulub

Bakıda mənzillərdən 22 min manatlıq oğurluq edən şəxs tutulub

Tarix: 27 Sentyabr 2021 16:12

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Binə qəsəbəsindəki evlərin birindən 7100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Suraxanı rayonu ərazisindəki iki evdən 1950 manat pul və 13.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Milli.Az


Etiketlər:  Bakıda mənzillərdən 22 min manatlıq oğurluq edən şəxs tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ