Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zoğalın 10 faydası - Hansı xəstəliklərdə yemək lazımdır?

Zoğalın 10 faydası - Hansı xəstəliklərdə yemək lazımdır?

Tarix: 27 Sentyabr 2021 22:18

Zoğal qədim zamanlardan bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur. Həmçinin bu giləmeyvə çox gözəl profilaktik vasitədir.

Sonxeber.net zoğalın əsasən hansı xəstələr üçün faydalı olduğunu təqdim edir:

1. Ürək-damar xəstələri

Zoğal damarlar üçün olduqca faydalı olan rutin maddəsi ilə zəngindir. Rutin damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni qidalanmasına tez-tez daxil etməlidir.

2. İshal, babasil, bağırsaq problemləri

Zoğal ən tanınmış ishal əleyhinə təbii vasitədir. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı çox yaxşı kömək edir. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal mürəbbəsi + 1 stəkan qaynar su).

Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır - bağırsaqlar həm təmizlənir, həm də yığılır.

3. Yüksək arterial təzyiq

Zoğal arterial təzyiqi normallaşdırır, "pis" xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.

4. Şəkərli diabet

Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.

5. Bakteriya, virus

Zoğal güclü iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.

6. Sidik yolları, kisəsi və böyrək iltihabı

Sidik kisəsi və sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur.

7. Podaqra və artrit, revmatizm xəstələri

Burda da təsiri iltihab əleyhinədir. /medicina.az


Etiketlər:  Zoğalın faydası Hansı xəstəliklərdə yemək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ