Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Etiraz notasına məhəl qoymayan İrandan Qarabağ fətvası

Etiraz notasına məhəl qoymayan İrandan Qarabağ fətvası

Tarix: 28 Sentyabr 2021 07:48

Ermənistanla əməkdaşlıq edən bütün iranlılar və İran şirkətləri müəyyənləşdirilməli, onlara sanksiya tətbiq edilməlidir.  

Sonxeber.net xəbər verir ki, bunu "ARB Xəbər"ə İranın qaçaqmalçılıq yolu ilə Ermənistana yük maşınları göndərməsinə münasibət bildirən politoloq Turab Rzayev deyib.

O bildirib ki, həmin şəxslər lazım gəldikdə axtarışa verilməli və cinayət işi açılmalıdır:

"Ermənistana gedən yüklər Azərbaycanın yoxlanışından keçməlidir. Silah-sursat və tikinti materiallarının daşınması qadağan edilməli, yalnız bəzi qida maddələri və tibbi ləvazimatlar buraxılmalıdır".  

Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqov isə qeyd edib ki, İranın bu addımı onlarla münasibətlərimizə və ölkəmizin maraqlarına zərbədir:

"Azərbaycan şəhidlər verərək torpaqlarını azad edib. Düşünürəm ki, rəsmilərimiz və ictimai xadimlərimiz öz sözünü deyəcək. Onların bu hərəkəti heç bir məntiqə sığmır".


Etiketlər:  Etiraz notasına məhəl qoymayan İrandan Qarabağ fətvası


RƏYLƏR