Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı - Video

Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı -  Video

Tarix: 20 Avqust 2019 19:48

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransında maraqlı an yaşanıb.

Qol.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə "Los-Anceles Qelaksi"də oynayan Zlatan İbrahimoviçi səhv salıb.

Millimizin keçmiş çalışdırıcısı Avro-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla oyunlar üçün heyəti açıqlayarkən hazırda "Ərzurumspor"da çıxış edən İbrahim Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Prosineçkinin bu ifadəsi gülüşlə qarşılanıb.


 


Etiketlər:  Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ