Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teymur Rəcəbov Aronyana qalib gəldi

Teymur Rəcəbov Aronyana qalib gəldi

Tarix: 30 Sentyabr 2021 07:26

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 5-ci turun görüşləri keçirilir.

Bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov ibir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.

Xal durumu: Maqnus Karlsen - 26,5 xal, Uesli So - 21,5 xal, Teymur Rəcəbov - 15 xal, Levon Aronyan - 15 xal, Hikaru Nakamura - 12 xal, Maksim Vaşye-Laqrav - 11,5 xal, Vladislav Artemyev - 11,5 xal, Aniş Giri - 10,5 xal, Şəhriyar Məmmədyarov - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal.

Milli.Az


Etiketlər:  Teymur Rəcəbov Aronyana qalib gəldi


RƏYLƏR