Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 07:34
Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova diskvalifikasiya olunub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) məlumat yayıb.
Bir müddət əvvəl müvəqqəti diskvalifikasiya edilən milliləşən legioner ağır cəza alıb. O, 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.
Boyanka 2029-cu il mayın 3-dək cəzalanıb. Buna səbəb milliləşən legionerin antidopinq qaydalarını açıq şəkildə pozmasıdır.
2021-ci il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında götürülən test müsbət nəticə verib. Yarışda 59 kq çəki dərəcəsində qızıl medal qazanan idmançının testi qeyri-qənaətbəxş sayılıb. Onun orqanizmində qadağan olunmuş stanozolol steroid metaboliti aşkarlanıb.
Bu, idmançının ikinci belə qayda pozuntusu olacaq. Bolqarıstanlı idmançı 2016-cı il iyunun 10-dan 2018-ci ilin eyni tarixinədək 2 illik diskvalifikasiya yaşayıb. Həmin vaxt buna deqidroxlormetil-testosteron səbəb olub.
Qeyd edək ki, Boyanka 2015-ci ildə dünya, 2012-ci, 2015-ci, 2016-cı və 2021-ci illərdə Avropa çempionu olub.