Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 08:08
Məşhur serbiyalı pianoçu, Belqrad filarmoniyasının direktoru və keçmiş mədəniyyət naziri İvan Tasovats dünyasını dəyişib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tasovatsın halı dünən evində qəflətən pisləşib. Təcili yardım onu xəstəxanaya çatdırmağa çalışsa da, 56 yaşlı musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İvan Tasovats Belqrad və Zaqreb filarmoniyalarının orkestrində solist kimi İtaliya, İspaniya, İrlandiya, ABŞ, Rusiya, Belçika kimi ölkələrdə çıxış edib, bir sıra beynəlxalq musiqi yarışlarında münsif olub. O, 2013-2014-cü illərdə Serbiyanın mədəniyyət naziri olub.