Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalanlarda ən çox rast gəlinən simptomlar

Koronavirusdan sağalanlarda ən çox rast gəlinən simptomlar

Tarix: 30 Sentyabr 2021 09:42

COVID-19-dan sağalandan bir müddət sonra baş ağrısı, halsızlıq, yaddaşın pozulması kimi simptomlar bəzən insanları narahat etməyə başlayır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu yüksək kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov bildirib.

Onun sözlərinə görə, xeyli sayda xəstə, hətta koronavirusu çox asanlıqla keçirənlər belə, bu simptomlarla üzləşirlər.

Həkimlər bunları postkovid sindromunun təzahürü kimi qiymətləndirirlər. Bu sindromunun nə qədər davam edə biləcəyi araşdırılır.

"Əsasən çox uzun olmur, təxminən dörd həftə davam edir. Ancaq sağalanların əhəmiyyətli bir hissəsində, ən azı üçdə birində bütün simptomlar on iki həftə və ya daha uzun müddət davam edir", - deyə həkim vurğulayıb.

Postkovid sindromu əlavə arzuolunmaz nəticələrə səbəb ola bilər:

"Birincisi, bir insanın unuda biləcəyi mövcud xroniki xəstəliklərin kəskinləşməsidir. İkincisi, əvvəllər olmayan bəzi patologiyalar sıfırdan başlaya və postkovid simptomlarından ayrı görünə bilər".

Həkimin sözlərinə görə, sağalan şəxs peyvənd olunarsa, vəziyyəti daha sürətlə yaxşılaşar.


Etiketlər:  Koronavirusdan sağalanlarda çox rast gəlinən simptomlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ