Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 15:08
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 070 ABŞ dolları həddini ötüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 2,6% artaraq 1 072,96 dollara yaxınlaşıb.
Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 000 dolları ötüb.