Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ördəyinə "tiktok"da səhifə açdı, ayda 4500 dollar qazanır - VİDEO

Ördəyinə

Tarix: 30 Sentyabr 2021 15:14

Sosial mediada xeyli izləyicisi olan fenomen ördək ayda 4 min 500 dollar qazanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, "Dunkin Ducks" adı ilə açdığı "TikTok" hesabının 2.7 milyon, "İnstagram" hesabının isə 245 min izləyicisi olduğunu bildirən Ellis "TikTok" və "İnstagram"dan ördək sayəsində ayda 4 min 500 dollar qazandığını açıqlayıb.

Munchkin adlı ördəyi ilə 16 yaşında videolar çəkdiyini dilə gətirən Ellis deyib: "Yadımdadır, hətta məktəbdəki məşhur qızların belə 5 min izləyicisi yox idi həmin vaxtlar, bir çox insan liseydə ördəyimin olduğuna görə mənu lağa qoyurdu, amma indi həmin ördək internetdə məşhur olduğu üçün insanlar mənimlə dost olmaq istəyirlər".

Milli.Az


Etiketlər:  Ördəyinə tiktokda səhifə açdı ayda 4500 dollar qazanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ