Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britni atasına qalib gəldi

Britni atasına qalib gəldi

Tarix: 30 Sentyabr 2021 18:20

Müğənni Britni Spirslə atası Ceymi Spirs arasındakı məhkəmə yekunlaşmaq üzərədir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Ceymi qızı üzərindəki qəyyumluq səlahiyyətindən azad olunub.

Qərar ötən gün Los-Anceles Ali Məhkəməsində qəbul edilib. Bundan başqa, sertifikatlı auditor Con Seibel müvəqqəti olaraq Britninin əmlakına nəzarət edəcək və o ilin sonuna qədər bu vəzifədə qalacaq.

Məhkəmə prosesinə nə Britni, nə də atası Ceymi qatılıb. Tərəflərin maraqlarını vəkilləri müdafiə edib. Müğənninin vəkili Metyu Rozenqart müdafiə zamanı Ceymini Britniyə qarşı qəddarlıq və zorakılıqda günahlandıraraq onun xəbəri olmadan telefonuna qulaq asdığını, bütün şəxsi yazışmaları oxuduğunu vurğulayıb.

Noyabrın 12-də qəyyumluğun tamamilə dayandırılması ilə bağlı yekun qərar veriləcək. Hakim həmin məhkəmədə müğənni və atasının iştirakının mütləq olduğunu bildirib.


Etiketlər:  Britni atasına qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ