Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 10:38
ABŞ-ın İllinoys ştatının Leyk dairəsində 80 yaşlı kişi quduzluqdan ölüb. İllinoys Sağlamlıq Departamentının məlumatına görə, o, yarasa dişləməsindən vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Amerikalının sözlərinə görə o, bir gecə yuxudan boğazından yarasa dişləməsindən oyanıb. Bu hadisədən qısa müddət sonra onun başı ağrımağa başlayıb, vaxtaşırı keyləşən əllərinin, ayaqlarının hərəkətlərini idarə etmək çətinləşib və danışığını itirib. Yarasa hücumundan bir ay sonra kişi ölüb. Həkimlər analiz üçün onun qanını götürüblər və ölümünün səbəbinin quduzluq olduğunu öyrəniblər.
Quduzluq, bütün xəstəliklərin ən yüksək ölüm nisbətlərindən birinə sahibdir, xəstələrin demək olar ki, hamısı simptomlar görünəndən sonra bir neçə həftə ərzində ölür.
Quduz peyvəndi insanı xilas edə bidər, ancaq dişləmədən dərhal sonra vurulmaq şərti ilə. Qurbanda quduzluq əlamətləri yarandıqda, onu xilas etmək üçün ümumiyyətlə gec olur.