Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 12:28
Gürcüstanda son sutkada daha 1 751 nəfərə koronavirus diaqnozu qoyulub, 30 pasiyent vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 614 763-ə, ölənlərin sayı isə 8 976-ya yüksəlib.
Ötən 24 saat ərzində 1 633, ümumilikdə isə 586 704 nəfər müalicə olunaraq sağalıb.