Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 13:00
"Koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb".
Sonxeber.net report-a istinadən bildirir ki, bunu açıqlamasında M.Quliyevin vəkili Leyla Məmmədova deyib.
O xatırladıb ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
M.Quliyev ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.