Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 11:02
Dünya Bankı Qrupu (WB) 2020-ci ilin aprelindən bu ilin sonuna qədər pandemiyanın iqtisadi və sosial təsirləri ilə mübarizə aparan ölkələrə kömək etmək üçün 157 milyard ABŞ dollarlıq tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə Dünya Bankının "Annual Report 2021" hesabatında bildirilib.
Sənədə əsasən, WB ölkələrə səhiyyə ilə bağlı fövqəladə vəziyyəti həll etməyə, milyardlarla dollar dəyərində tibbi ləvazimatlar almağa, COVID-19 peyvəndlərin yerləşdirilməsinə, səhiyyə sistemini və pandemiyaya hazırlığı gücləndirməyə, yoxsulları və həssas təbəqəni qorumağa, iş adamlarını dəstəkləməyə, iş yerləri açmağa, böyüməni təşviq etməyə və sosial müdafiəni genişləndirməyə kömək edib.