Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 12:36
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq prezidentə bu gün ittihamla bağlı rəsmi məlumat veriləcək. DİN-in məlumatında qeyd olunub ki, iş üzrə bütün zəruri istintaq tədbirləri görülür.
Xatırladaq ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib.
Bundan əvvəl sabiq Prezident barədə Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs qərarı verilib.