Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 19:40
"Milan" bu gün İtaliya A Seriyasının 7-ci turunda "Atalanta"nın qonağı olacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Zlatan İbrahimoviç səfər oyununu buraxacaq. Bu barədə komandanın baş məşqçisi Stefano Pioli açıqlama verib.
Pioli İbrahimoviçin özünü yaxşı hiss etmədiyini və "Atalanta" ilə matçda olmayacağını deyib.
Qeyd edək ki, "Atalanta" - "Milan" matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.