Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 20:16
Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda başından zədələnmiş "Qarabağ"ın futbolçusu Filip Ozobiçə matçdan dərhal sonra tibbi yardım göstərilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, final fitindən sonra xorvatiyalı yarımmüdafiəçinin başına 6 tikiş qoyulub.
Qeyd edək ki, "Omoniya" - "Qarabağ" matçı Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.