Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 17:50
"Bizim problemimiz odur ki, populist (Paşinyan nəzərdə tutulur) Azərbaycanda saxlanılan hərbi əsirlərimizin geri dönməsi üçün bütün mina sahəsinin xəritələrini Azərbaycana təhvil verməyə hazırlaşır".
Sonxeber.net xəbər verir ki, bu fikirləri "Şərəfim var" fraksiyasından deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistanda həmvətənlərinin tez qayıtmasını istəməyən adam tapmaq çətindir.
"Məhbusların geri qaytarılması 10 noyabr tarixli üçtərəfli sazişdə təsbit edilib, lakin Azərbaycan bu sənəd xaricində əlavə bir tələb irəli sürüb ki, bu da artıq müxtəlif bəyanatlarda yer alıb. Bildirir ki, həmin hərbçilər sazişdən sonra Azərbaycan ərazisinə soxulub. Deməli onlar hərbi əsir hesab edilmirlər.
Bu hakimiyyət Ermənistanı belə məsələlərdə səsvermə hüququnun olmadığı bir məqama yaxınlaşdırdı, bizim üçün əlverişli müddəalar yalnız digər ölkələrin maraqlarından irəli gəldikdə gerçəkləşir.
Bu hökumət Azərbaycanda olan vətəndaşlarına görə cavab verməlidir. Hələ də bir çox soydaşımızın taleyi qeyri-müəyyən olaraq qalır", deyə Tiqran Abramyan qeyd edib.