Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti hava və qida zəhərlənmələri

İsti hava və qida zəhərlənmələri

Tarix: 5 Oktyabr 2021 07:54

Yay aylarında qida zəhərlənmələrin və bağırsaq infeksiyaların sayı kəskin artır.

Buna səbəb istu havada ziyanlı bakterilərin sürətlə çoxalması və qida məhsulların daha tez xarab olmasıdır.

Bəzi məhsullar daha tez-tez hallarda qida zəhərlənmələrinə səbəb olur. Bu qidaların arasında:

- Müxtəlif fast-fud qidaları - dönər, qamburqer, pirojki, qutab və s. Əksər hallarda bu qidalar çöldə satılır və hətta bişirilir. Bu isə onları olduqca təhlükəli edir. Yeri gəlmişkən, bu kimi qidaları digər mövsümlərdə də qəbul etmək məsləhət görülmür.

- Növbəti təhlükəli qida mayonez əlavə olunmuş müxtəlif salatlardır. Belə salatları hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır. Restoran, şadlıq sarayları və s. bu kimi yerlərdə salatlar əvvəlcədən (bəzən 1 gün əvvəl) hazırlanılır. Bu isə onların keyfiyyətinə çox mənfi təsir edir.

Ümumillikdə isti havada evdə hazırlanan qidalara üstünlük vermək lazımdır. Bu zəhərlənmədən qorunmaq üçün ən yaxşı üsuldur. Qida hər zaman təzə bişirilmiş olmalıdır. Yay aylarında qidanı ehtiyat üçün hazırlamayın.

- Balıq və digər dəniz məhsulları. Həkimlər zarafat üçün deyirlər ki, "r" hərfi olmayan aylarda balıq yemək olmaz. Bu may, iyun, iyul, avqust aylarıdır. Lakin bu zarafatda müəyyən həqiqət də var. Balıq çox tez xarab olan məhsuldur. Bu səbəbdən isti havada balıqdan imtina etmək daha yaxşıdır. Hətta dondurulmuş balıq və dəniz məhsulları zəhərlənməyə səbəb ola bilər.

- Sosiska, kolbasa, müxtəlif hisə verilmiş, konservləşdirilmiş məhsullar, dükanlarda satılan yarlmfabrikatlar (kotlet, düşbərə, dolma və s.) də çox təhlükəlidir.

- İstənilən meyvə və tərəvəzlər də isti havada zəhərlənməyə səbəb ola bilər. Heç bir halda xarab, çirkli, yetişib ötmüş, iyi, dadı, xarici görünüşü bu meyvə və ya tərəvəzə xarakterli olmayan məhsulları yeməyin.

Qarpız, yemiş, pomidor, çiyələk xüsusilə təhlükəlidir. Məhz bu məhsullar ən tez hallarda ağır zəhərlənmələrə səbəb olur.

- Süd məhsulları ilə də ehtiyatlı olmaq lazımdır. Süd məhsulları çox tez xarab olur. Bu səbəbdən uzaq yerlərdən gətirilən "kənd" qatığı, südü, qaymağı və s. kimi məhsullardan yay aylarında imtina edin. Lakin hətta dükanlarda satılan süd məhsulları da tam təhlükəsiz deyil. Bir çox hallarda yay aylarında uşaqlarda zəhərlənmələrin səbəbi uşaq yoqurtları olur.

Bu səbəbdən uşaq yoqurtları yalnız iri supermarketlərdən alın, onların qablaşdırmasına (zədələnmiş olmamalıdır, qapağı şişməməlidir), saxlama müddətinə fikir verin.

- Zülallı və yağlı kremlərlə olan və xüsusilə dükanlarda satılan tort və pirojnalardan da isti havada imtina etmək lazımdır. Belə məhsullar çox tez xarab olur. 1-2 saat ərzində açıq havada (soyuducuda yox) qalmış belə şirniyyatlar ciddi zəhərlənməyə gətirib çıxarda bilər.


Etiketlər:  İsti hava qida zəhərlənmələri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ