Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 13:12
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub yazıb.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, o, dövlət başçısına həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.
M.Saakaşvili qeyd edib ki, Gürcüstanda həbsi qanunsuzdur və ona qarşı ittihamlar saxtalaşdırılıb:
"Gürcüstanımı öz həyatımdan daha çox sevirəm. Mən ikinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə fəxr edəcəyəm".
Eks-prezident Rusiyanın dövlət başçısı Vladimir Putinin dustağı olduğunu bildirib.