Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehmet Ali yenə təcavüzdə ittiham olunur - ''Ayıb olsun sənə''

Mehmet Ali yenə təcavüzdə ittiham olunur - ''Ayıb olsun sənə''

Tarix: 5 Oktyabr 2021 19:40

Türkiyəli sosial media fenomeni Ece Ronay məşhur aşoumen Mehmet Ali Erbilin ona təcavüz etdiyini idda edir.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Ece Ronay Erbilin sosial media hesabından ona yazdığı mesajları yayımlayıb.

İttihamları rədd edən şoumen bildirib ki, telefonu özü işlətmir və mesajları o yazmayıb.

Ece Ronay iddia edir ki, Mehmet Ali Erbilin klipində rol aldıqdan sonra ona qarşı virtual təcavüzü əks etdirən mesajlar yazıb.

"Ağlayaraq xəstə olduğunu dedi. Mədəni şəkildə münasibətimizin alınmayacağını dedim. Yaşına və sənətinə hörmət elədim, susdum. Susduqdan sonra təhqirlər yazmağa başladı. Bu karyerama və peşəmə xələl gətirsə də, susmayacam. Məşhur və ya fenomen olsanız da, təcavüzdən qaça bilməzsiniz. Ayıb olsun sənə".


Etiketlər:  Mehmet yenə təcavüzdə ittiham olunur Ayıb olsun sənə


RƏYLƏR