Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 09:21
İran Azərbaycana qarşı Rusiyadan kömək istəyib.
Sonxeber.net bildirir ki, İranın Xarici İşlər naziri Əmir Abdullahian Azərbaycanla təkbaşına bacara bilməyəcəklərini anladığından Moskvaya yardıma gedib.
Tehran Moskvanın Cənubi Qafqazda "terrorçuların varlığına", "sionist rejim hərəkatları"na reaksiyasını gözləyir. Buna görə də nazir Moskvada mətbuata verdiyi açıqlamada Rusiyadan gözləntilərini belə ifadə edib:
"Rusiyadan bölgə ölkələrinin sərhədlərində baş verə biləcək dəyişikliklərə, terrorçuların varlığına və sionist rejimin hərəkətlərinə reaksiya verəcəyini gözləyirik".