Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 10:56
Donbas konfliktinin hərbi həlli Ukraynanın məğlubiyyəti ilə nəticələnəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun generalı Aleksandr Kixtenko deyib.
Onun sözlərinə görə, Donbas konfliktinin həlli üçün Kiyev müəyyən güzəştlərə getməlidir:
"Keçilməyən bir qırmızı xətt saxlamaq lazımdır. Bu, konstitusiyaya dəyişiklik və Donetsk vilayəti tərkibində ayrı-ayrı respublikaların yaradılmasıdır".
Kixtenkonun sözlərinə görə, regionda situasiya gərginləşib və Kiyev 2015-ci ildə təklif edilənlərdən daha çox güzəştə getməyə məcbur olacaq.
General konfliktinn hərbi həllinin olmadığını bildirib.