Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teleqram: Bir gündə 70 milyon istifadəçi qazandıq

Teleqram: Bir gündə 70 milyon istifadəçi qazandıq

Tarix: 6 Oktyabr 2021 11:42

Feysbukda yaranan qlobal problem səbəbindən 70 milyondan çox istifadəçi Teleqramda yeni hesab açıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Teleqram qurucusu Pavel Durov deyib.

"Dünən Teleqramda istifadəçi qeydiyyatı ilə bağlı rekord səviyyədə artım oldu. Bir gündə digər sosial şəbəkələrdən 70 milyondan çox "fərari"ni mehribanlıqla qarşıladıq", - deyə Durov bildirib.

Qeyd edək ki, dünən Feysbuk, İnstaqram və Vatsapda qlobal miqyasda problemlər yaşanıb. Bir neçə saat ərzində sözügedən sosial şəbəkələrdən istifadə mümkünsüz olub.

Milli.Az


Etiketlər:  Teleqram Bir gündə 70 milyon istifadəçi qazandıq


RƏYLƏR