Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2025 09:25
Türkiyənin tanınmış müğənnisi İrem Derici narkotik vasitələrin istifadəsini təbliğ etməkdə ittiham edilərək saxlanılıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. İddiaya görə, İstanbul Respublika Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində 38 yaşlı sənətçi Şişlidəki evində jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı müğənninin vəkili Ayşegül Mermer açıqlama verib. O, bildirib ki, hazırda Dericinin ifadə verməsi üçün jandarma bölməsinə getdiklərini söyləyib:
"İrem Derici ilə bağlı aparılan proses çərçivəsində onun ifadəsini almaq üçün jandarma bölməsinə gedirik. Hazırda rəsmi məlumat yoxdur. Prosesin gedişi barədə ictimaiyyətə daha sonra məlumat veriləcək".
Qeyd edək ki, istintaq hazırda davam edir.
Hüseyn