Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərmidən ziyan çəkən evin narazı sahibi - VİDEO

Mərmidən ziyan çəkən evin narazı sahibi - VİDEO

Tarix: 6 Oktyabr 2021 20:00

Ağcabədi Rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirdi

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Ağcabədi rayon Arazbarı kənd sakini Məmişov Oruc da Vətən müharibəsi günlərində ziyan çəkən mülki vətəndaşlardandır. Ötən ilin sentyabrın 28-də evinin həyətyanı sahəsinə düşən mərmi bir sıra fəsadlara səbəb olub, dam örtüyü yararsız vəziyyətə düşüb, pəncərələri qırılıb.

Müharibə bitəndən sonra dövlət tərəfindən təyin olunmuş komissiya baxış keçirib və dəymiş ziyanı hesablayıb. Elə Oruc Məmişovun şikayəti də məhz bu hesablama və onun nəticələri ilə bağlıdır.

Qarşıda bizi daha soyuq havaların gözlədiyini nəzərə alsaq, tezliklə problem həll olunmalıdır. Məsələyə münasibət bildirən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Səfər Səfərov isə bizə bir sıra mətləbləri izah etdi.

Ümid edək ki, Oruc Məmişov səslənən fikirlərlə razılaşacaq və bundan sonra digər pəncərəni vaxt itirmədən elə öz vəsaiti ilə alacaq.


Etiketlər:  Mərmidən ziyan çəkən evin narazı sahibi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ