Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriya baş naziri korrupsiyada ittiham edilir

Avstriya baş naziri korrupsiyada ittiham edilir

Tarix: 7 Oktyabr 2021 10:56

Avstriya Baş naziri Sebastian Kurts barəsində rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Avstriyada korrupsiya ilə mübarizə çərçivəsində hökumət binası, Maliyyə Nazirliyi və hakim Xalq Partiyasının ofisində axtarışlar aparılıb.

Baş nazir və təmsil etdiyi Xalq Partiyası onlara yönəlik ittihamları rədd edir.

S.Kurtsla yanaşı 9 nəfər vəzifəli şəxs barəsində də istintaqın apardığı bildirilib.

Milli.Az


Etiketlər:  Avstriya baş naziri korrupsiyada ittiham edilir


RƏYLƏR