Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 13:06
Türkiyənin Konya şəhərində yerləşən əyləncə mərkəzinin qarşısında baş verən əlbəyaxa dava xəstəxanada da davam edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dava edən tərəfləri saxlayaraq istintaq müayinəsi üçün xəstəxanaya aparan polis daha böyük təhlükə ilə üz-üzə qalıb.
Belə ki, saxlanılan şəxslərin qohumları xəstəxanya gələrək əvvəl mühafizə xidmətinin içşilərinə daha sonra polislərə təzyiq göstərib.
Onlar qarşı tərəflə öz aralarında olan gərgin münasibətlərə aydınlıq gətirilməsinə imkan verilməsini tələb ediblər.
Bu zaman saxlanılan şəxslərlə xəstəxanaya gələn digər qrupun qohumları arasında mübahisə düşüb.
Görüntülər tibb mərkəzinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.