Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Terrorçulardan İYRƏNC ADDIM: Koronavirus xəstələri ilə insanları yoluxdururlar

Terrorçulardan İYRƏNC ADDIM: Koronavirus xəstələri ilə insanları yoluxdururlar

Tarix: 7 Oktyabr 2021 16:06

Bir çox ölkədəki terrorçular, koronavirusa yoluxmuş insanları vətəndaşlara yoluxdurmaq üçün istifadə etməyə çalışırlar.

Sonxeber.net lent.az-a istinadla bildirir ki, bunu Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov deyib.

Onun sözlərinə görə, hazırda koronavirusa yoluxanlardan insanlar yoluxdurmaq üçün istifadə cəhdləri qeydə alınıb.

Kokov qeyd edib ki, Hindistanın xüsusi xidmət orqanları bu cür fəaliyyəti aşkarlayıb. 

"Tunisdə şəxsi heyəti yoluxdurmaq üçün hərbçilərin kazarmalarına qanunsuz girən yerli ekstremistləri hüquq-mühafizə orqanları həbs edilib", - Kokov vurğulayıb.

O, terrorçuların digər üsullarını şərh edərkən, "nəqliyyat vasitəsi ilə vətəndaşlara qəsdən hücumların daha az tətbiq olunmağa başladığını" söyləyib.

Kokovun  sözlərinə görə, buna ictimai yerlərdə təhlükəsizlik tədbirləri, eləcə də əksər ölkələrdə tətbiq olunan koronavirus əleyhinə məhdudiyyətlər səbəb olub.


Etiketlər:  Terrorçulardan İYRƏNC ADDIM Koronavirus xəstələri ilə insanları yoluxdururlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ