Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 20:26
Ay işığı cümə gecəsi "Drakonid" meteor yağışının müşahidələrinə mane olmayacaq. Bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "ulduz axını" gün batandan dərhal sonra müşahidə edilə bilər. Ən yaxşı vaxt buludsuz havalarda 8-9 oktyabr tarixləridir", - deyə planetariumda bildirilib.
"Drakonid" meteor axını hər il 6-10 oktyabr tarixlərində müşahidə edilir. Onun adı "Əjdəha" bürcünün adından götürülüb.