Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 11:18
Bir neçə ildir ki, İranla Cənubi Koreya arasında neft pulları məsələsinə görə diplomatik qalmaqal yaşanır.
Sonxeber.net bildirir ki, Cənubi Koreya İrandan aldığı neftin pullarını ödəmək istəsə də, bu, İrana qarşı Tramp hakimiyyəti dövründə qəbul edilmiş sanksiyalar səbəbindən mümkün olmur.
İranın zəif savadı və səriştəsiz diplomatik manevrləri ilə tanınan yeni xarici işlər vəziri Hüseyn Əmir Abdullahiyan isə bu məsələ haqda danışarkən yenə gülməli açıqlamaları ilə diqqət çəkib.
O, cənubi koreyalı həmkarına guya hansısa diplomatik mesaj vermək istədiyini deyərək özünü öyməyə çalışıb.
"Mən cənubi koreyalı həmkarımla görüşdə ona bildirdim ki, bizim ölkədə uşaqlarımız sizin seriyallara baxır və bizdən soruşurlar ki, filmlərdə olan bu koreyalılar pullarımızı verməyən həmin insanlardır?", - deyə Abdullahiyan vurğulayıb.
O, habelə Cənubi Koreyanı bu ölkənin seriyallarının İranda yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı "təhdid" edib.