Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saç rəngini bu üsulla açın

Saç rəngini bu üsulla açın

Tarix: 10 Oktyabr 2021 14:30

Allergiyası olan xanımlar saçlarının rəngini açmaq istəsələr də kimyəvi tərkibli boyalardan ehtiyatlanaraq bu addımı atmırlar. Üstəlik boyanın saça vurduğu ziyan da olduqca böyükdür.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, çobanyastığı saçları zədələmədən rəngini açmağa imkan verən təbii vasitədir.  

Bir ovuc qurudulmuş çobanyastığını ən azı 2 stəkan suda qaynadın. Suyun rəngi dəyişdikdən sonra 10-15 dəqiqə soyumağa buraxın. Saçlarınızı bu su ilə yuyub qurudun. Bu saçınızın rəngini bir ton daha açacaqdır. Daha yaxşı nəticə əldə etmək üçün proseduru 4-5 dəfə təkrarlamaq lazımdır.

Saç quruduqdan sonra onu çobanyastığı suyundan arındırın. Saçları sonda təmiz su ilə yumaq vacibdir. Çobanyastığı suyunun saçda qalması onu zədələyə bilər.

Eyni zamanda bu proses hər gün tətbiq edilməməlidir. Hər iki gündən bir və gün aşırı təkrarlaya bilərsiniz. İki həftəlik fasilələrlə 2-3 həftə tətbiq edildikdən sonra saçın rəngi 3 tona daha açıq olacaq.

Çobanyastığı suyu saçların rəngini açmaqla yanaşı tökülmənin qarşısını alır, daha dolğun görünməsini təmin edir və saç köklərini gücləndirir.


Etiketlər:  Saç rəngini üsulla açın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ