Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaş artdıqca...''

''Yaş artdıqca...''

Tarix: 10 Oktyabr 2021 22:21

Gözlərdə görmə zəifliyi yaradan əsas səbəblərdən biri genetik meyillilikdir. Mənfi və ya müsbət nömrəli eynək istifadəsinə göstərişlərin əksəriyyəti genetik amillərlə əlaqədardır. Bundan başqa, konyunktivit xəstəliyi, xüsusilə də allergik konyunktivit gözlərdə qaşıntı yaradır. Gözləri daimi qaşımaq da görmənin zəifləməsinə səbəb olur. Ona görə də həkim-mütəxəssislər valideynlərə həmişə məsləhət verirlər ki, uşaqların gözləri qaşındıqda gecikdirmədən həkimə müraciət etsinlər. Gözləri mütəmadi qaşımaq astiqmatizmin yaranması və ya artmasına gətirib çıxarır. Ümumiyyətlə gözlər həm genetik, həm də ətraf mühitin təsiri ilə tez-tez zədə ala bilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-oftalmoloq Emil Yusifov deyib.

Həkim-mütəxəssis bildirib ki, şəhər həyatının da gözlərin zəifləməsinə səbəb olduğu faktı təsdiqlənib: "Şəhər həyatı görmə qabiliyyətinin zəifləməsinə səbəb olur, görməni darlaşdırır. Şəhər yerlərində müəyyən çərçivələrdə olduğumuz üçün üfüqi görmürük və nəticədə uzağıgörmə çətinliyimiz yaranır. Şəhər sakinləri ilə kənddə yaşayanların görmə faizi arasındakı fərq araşdırmalar nəticəsində aydın olub. Bunun səbəbidir ki, bütün dünyada eynək istifadə edənlərin sayı getdikcə artır".

E.Yusifovun dediyinə görə, görmə zəifliyinə səbəb olan amillərdən biri də yaş faktorudur: "Yaş artdıqca gözlər müxtəlif səbəblərdən zəifləməyə başlayır. Belə xəstəliklərin bir qismi müalicəyə tabe olur, lakin burada xəstəliyin vaxtında aşkarlanması vacib faktordur".


Etiketlər:  Yaş artdıqca


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ