Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 08:57
Qərb cəmiyyətlərində körpənin 4-cü ayından etibarən bütün gecə yatması və gün ərzində 3-4 saatdan bir qidalanması fikri yayılmışdır.
Qərb mədəniyyətinin dünyaya yayılması nəticəsində bu anlayış uşaqların böyümə qaydası kimi digər ölkələrə də yayılmışdır. Bugünkü böyümə normativləri doğulandan etibarən süni qida ilə qidalanan və valideynlərindən ayrı yatan körpələri müşahidə edilərək tərtib olunmuşdur.
Bu normativlərdə göstərilən yuxu vərdişləri ana südü ilə qidalanan uşaqlar üçün uyğun deyildir. Ümumiyyətlə, ana südü ilə qidalanan uşaqlar süni qida ilə qidalanan uşaqlara nisbətən daha tez-tez döş istəyir və daha tez-tez qidalanırlar. Ana südü ilə qidanan körpə həm gecə, həm də gündüz çox yatırsa ananın əmizdirmə tezliklərinə diqqət etməsi lazımdır.
Doğuşdan sonra ilk 2-3 həftədə körpə əmmək üçün özü oyanmırsa onu mütləq oyatmaq lazımdır. Bu vaxtdan etibarən körpə çox yatır və az çəki yığırsa onu gecələr oyatmağa davam etmək lazımdır. Əgər ana südünün azaldığını hiss edirsə əmizdirmə tezliyini artırmalıdır.
Ana südü ilə qidalanan uşaqların yuxu vərdişləri necədir? Uşaqlar müxtəlif cür, lakin ümumiyyətlə isə hissə-hissə yatırlar, yuxu müddəti körpə böyüdükcə artmağa başlayır. Körpə yuxusu ilə əlaqədar olan araşdırmalar, süni qida ilə qidalanan uşaqların müşahidə edilməsi ilə aparılmışdır. Buna görə də ana südü ilə qidalanan uşağınızın yuxu nizamını anlaya bilmək üçün körpənizi müşahidə etməyiniz və başqa əmizdirən analarla məşləhətləşməyiniz lazımdır. Normal doğuşdan sonra körpə ana südü ilə qidalanırsa, əmizdirmə tezliyi gün ərzində 10-12 dəfədən az olmamalıdır.
Ana südü ilə qidalanan uşaqlar həm gecə, həm də gündüz əmirlər. Əmizdirmələr arasındakı uzun fasilələr (5-6 saat) döş uclarının sərtləşməsinə səbəb olur. Bu isə öz növbəsində südün meydana gəlməsini azaldar və mastitə səbəb ola bilər. Körpə üçün südlə dolub sərtləşmiş döşü əmmək çətin olur, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur.
Araşdırmalara görə ananın uşağı ilə birlikdə yatması həm körpə, həm də ana üçün məqsədəuyğundur. Ayrı yatarkən isə ana və körpə rahat və uzunmüddətli yata bilmir. Əlavə qidalara başladıqdan sonra isə bu hal ananın yuxusuna təsir etmir. Araşdırmalara görə əlavə qida qəbul edən uşaqla sırf ana südü ilə qidalanan uşaq arasında yuxu nizamı baxımından heç bir fərq yoxdur.
Uzunmüddətli və uşaq hər istədikdə əmizdirmə vərdişi (ənənəsi) olan ölkələrdə ana uşağı ilə birlikdə yatır. Birlikdə yatmaq problemsiz və asan əmizdirmənin köməkçisidir. Ana südü ilə bəsləndiyi üçün gecə tez-tez və uzun müddət əmən uşaqlarını problemsiz bir şəkildə əmizdirmək üçün valideynlərin həyatlarını, xüsusilə də yuxu nizamını dəyişdirmək lazım ola bilər.
Qərb mədəniyyətində körpə yuxusu ilə əlaqədər çoxlu miqdarda kitab olduğunu nəzərə alaraq deyə bilərik ki, uşaqlarda yuxu əsas problemlərdən biridir. Qərb ölkələrində süni qida ilə qidalanma geniş yayılmışdır və standart bir davranışdır. Körpənin yuxusu ilə əlaqədar olan fikir və normalar sadəcə valideynlərin istəklərinə görədir, valideynlər belə olmağını istəyirlər və buna görə də normalar yaradırlar. Valideynlər gecə ərzində uşaqların fasiləsiz və ayrı otaqda yatmalarını istəyirlər. Müasir həkimlər bu normativlərdən əl çəkirlər, çünki, araşdırmalara görə başqa otaqda yatmaq və süni qida ilə qidalanma Qəfil ölüm sindromunun səbəblərindən biridir. Körpə valideylərinin istədiyi kimi yatmırsa valideynlərin hirslənməsi və narahatçılıq keçirməsi təbiidir.
Bu cür səhv məntiqi dəyişdirmək üçün valideynlər çox çalışmalıdırlar. Körpəyə qulluq mövzusunda rahatlaşdırıcı davranışları başqa əmizdirən valideynlərdən öyrənmək və tətbiq etmək lazımdır. Körpələrlə əlaqədar olan köhnə məlumatlar hələ də geniş yayılmışdır. Axır vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Unicef tərəfindən yeni sistemlər tətbiq edilir. Bu mövzuda həkim və tibb bacıları müntəzəm olaraq təlim keçdiklərinə görə müəyyən bir vaxtdan sonra ana südü ilə qidalanan uşaqların standart və real olan ehtiyacları arasındakı fərq azalır.
Əlavə qidaya başlanması, ana südünə əlavə olaraq sıyıq verilməsi, körpənin gecə qidalanma tərzinin dəyişdirilməsi ilə əlaqədar uşaq həkiminizin tövsiyyələri ÜST-nin tövsiyyələrindən fərqli isə, ÜST-nin son araşdırma və tösiyyələri haqqında həkiminizlə məsləhətləşməyiniz lazımdır. Bundan əlavə uşağın süni qidayla deyil, ana südü ilə qidalanan olması məsələsini unutmamalısınız. Valideyn ilə həkim arasında əldə olunan dialoq, körpənin xüsusiyyətlərini kəşf edib onun ehtiyaclarını düzgün bir şəkildə qiymətləndirməyinizə kömək edəcəkdir.