Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 22:52
Son illər ərzində daimi artım müşahidə olunan qlobal mobil radio bazarının 2020-2023-cü illər arasındakı proqnozuna görə, iki dəfədən də çox artacağı ehtimal edilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu artımın əsas səbəbi kimi bu sistemlərin hərbi istifadəsinin genişlənməsi göstərilir.
Belə ki, müxtəlif regionlar üzrə hərbi və müdafiə sektorunda rəqəmsal quru mobil radio sistmelərinə olan tələbatın artması bu sahənin ümumi dövriyyəsinə ciddi təsir göstərir.
Nəticə etibarilə hazırda təxminən 10,419 milyard dollar olan bu bazarın illik 12,64% artaraq 2023-cü ildə 21,27 milyard dollar olacağı proqnozlaşdırılır.