Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclənən şimal-qərb küləyi əsəcək - HAVA PROQNOZU

Güclənən şimal-qərb küləyi əsəcək - HAVA PROQNOZU

Tarix: 13 Oktyabr 2021 12:20

Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Sonxeber.net-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə
1-6° isti, gündüz 7-12° isti olacaq.


Etiketlər:  Güclənən şimal qərb küləyi əsəcək HAVA PROQNOZU


RƏYLƏR