Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 08:30
Ermənistanda koronavirusa qarşı peyvənd zamanı rüşvət və saxtakarlıq halları müəyyən edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib.
"V.Abajyan adına ailəvi tibbi mərkəz"in bir qrup əməkdaşı 2021-ci ilin aprelindən 700-dən çox vətəndaşa təyin edilmiş vaksini vurmayıblar. Əvəzində "ARMED" vahid elektron sağlamlıq sisteminə daxil etdikləri saxta peyvənd sertifikatlarını tərtib ediblər. İşçilər buna görə hər bir vətəndaşdan 5-10 min dram rüşvət alıb, vaksinlər isə məhv edilib. Əldə edilmiş sübutlar əsasında tibb mərkəzinin 6 əməkdaşı saxlanılıb.
Onlar cinayət mexanizmi, rüşvət və saxta sertifikat alan insanlar haqqında etiraflar ediblər. İndi saxta sertifikatları olan bütün şəxslərin müəyyənləşməsi və onlara qarşı cinayət təqibinin başlanması, cinayət mexanizminin bütün iştirakçılarının dairəsinin aşkarlanması və məsuliyyətə cəlb edilməsi üçün işlər aparılır.