Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə sakini dünyanın ən uzun qadını oldu

Türkiyə sakini dünyanın ən uzun qadını oldu

Tarix: 14 Oktyabr 2021 08:52

Türkiyə sakini Rumeysa Gelgi dünyanın ən uzun boylu qadın kimi tanınıb. Belə ki, onun boyu 215,16 sm-dir.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ginnesin "Rekordlar Kitabı"nın saytında məlumat yerləşdirilib.

Rumeysa 2014-cü ildə 18 yaşında olarkən ən uzun gənc qadın kimi rekorda imza atıb.

Gelginin yüksək boy artımının səbəbi kimi nadir xəstəliklə - skeletin və daxili orqanların inkişafında sürətli böyümə və anomaliyalara səbəb olan "Weaver" sindromu göstərilir. O, gəzmək üçün təkərli kürsüdən istifadə edir.

Qadın insanlara nadir xəstəliklər haqqında məlumat verməyi vacib hesab edir. Rumeysa bildirib ki, insanların çoxu ona hörmətlə yanaşır.


Etiketlər:  Türkiyə sakini dünyanın uzun qadını oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ