Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 11:44
İsveçin paytaxtı Stokholmda azərbaycanlı öldürülüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı azərbaycanlı odlu silahla qətlə yetirilib.
Qətlə yetirilən şəxs 12 il əvvəl həyat yoldaşı və uşağı ilə İsveçə gedibmiş. Bundan sonra onların bir uşağı doğulub. Bir qədər sonra ailə dağılıb, evin xanımı isə Azərbaycana geri qayıdıb.
Həmin qadının yerli mətbuata verdiyi açıqlamaya görə, əri sakit təbiətli adam olub, heç vaxt əsəbiləşməzmiş. O da Azərbaycana qayıtmaq istəyirmiş.
İstintaq zamanı müəyyən olunub ki, qətlə yetirilən azərbaycanlı ilə bərabər 15 yaşlı yeniyetmə də yaralanıb. Stokholm şəhər polisinin mətbuat xidmətinin rəhbəri Helena Tomas bildirib ki, qatillər Azərbaycan vətəndaşını öldürdükdən sonra velosipedlə aradan çıxıblar.
Hazırda onların axtarışları davam etdirilir.