Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrılıb

Tarix: 14 Oktyabr 2021 14:33

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı-Şamaxı-Yevlax (33 km)-Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən Bakı-Şamaxı-Yevlax (33 km)-Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az


Etiketlər:  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 33 milyon manat ayrılıb


RƏYLƏR