Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 21:36
İnsanlar arasında belə bir inam var ki, soyuqdan baş ağrıyır. Soyuğa çıxdım başım boynum ağrıdı, başım soyqladı deyənlər çoxdur.
Bəs bu mifdir, yoxsa həqiqətən də soyuğun təsirindən baş ağrıyır?
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, əslində soyuq və küləkli hava ancaq nadir və xroniki xəstəliklərdə, xüsusən baş beyin xəstəliyi olanlara təsir edə bilər.
Əslində isə başda ağrılar çox az halda başın özündən qaynaqlanır. Çox zaman o, boyun şöbəsində arteriya və ya qığırdağın sıxılmasından, dəyişilməsindən baş verir.
"Beynin meningial qişasının iltihabı, eləcə də burun və daxili qulaqda iltihabi xəstəliyi olan şəxslərdə soyuq və küləyin təsirindən ağrı yarana bilər. İltihab ocağında daim oksigen çatışmır, orda toxumaların nekrozu baş verir, ağrı
reseptorları daha tez qıcıqlanır.
Baş və üz dərisinə təsir edən soyuq kütlə bu nöqtələri, ocaqları qıcıqlandırır, temperatur dəyişikliyi xəstəyə pis təsir edir. Ağrı əzələ və sinirlərlə başa ötürülür.
Buradan da el arasında belə deyim yaranıb ki, soyuq hava köhnə yaraları yada salır.