Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüzə yaxın iddiaçıya elmi adlar verilmədi

Yüzə yaxın iddiaçıya elmi adlar verilmədi

Tarix: 15 Oktyabr 2021 11:20

2021-ci il üzrə 81 iddiaçıya elmi dərəcələrin, 14 iddiaçı­ya isə elmi adların verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilib.

Sonxeber.net xəbər verir ki, bunu Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev "Xalq" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, komissiyada yeni texnologiya və proqramların imkanlarından faydalanaraq iddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi, yəni elmi plagiat faktlarının aşkar olunduğu hallara qarşı mübarizə sərtləşdirilib:

"Plagiat faktı aşkar edildikdə əvvəllər olduğu kimi yalnız iddiaçıların deyil, o cümlədən elmi rəhbər və elmi məsləhətçinin, rəsmi opponentlərin (müsbət rəy verdikləri halda), elmi semi­narın sədrinin, elmi katibin və dissertasiya şurasının iclasına sədrlik edən şəxslərin məsuliyyətinə dair Əsasnamədə müddəalar mövcuddur.

Elmi plagiat halları aşkar edildiyi təqdirdə Əsasnamə ilə Komissiyanın dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsi, dissertasiya şurasının elmi katibini və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi semina­rın sədrini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında və elmi seminarda vəzifələrinin icrasından kənarlaşdırmaq, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq etmək hüququ təsbit edilib.

İddiaçılara münasibətdə isə pla­giat faktının aşkar edilməsi ilə bağlı fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Ko­missiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçı­larına isə beş il müddətində müdafiə etmək hüququ verilməyəcək, iddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməyəcək".


Etiketlər:  Yüzə yaxın iddiaçıya elmi adlar verilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ