Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 20:24
Ukrayna futbol çempionatının ikinci divizionunda çıxış edən "Kremen" klubunun üzvü Vitali Boykoya qarşı ölkənin Futbol Federasiyası tərəfindən intizam işi açılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb oyunçunun öz komandasının qapısına vurulan qola sevinməsi olub.
Hadisə çempionatın 11-ci turu çərçivəsində "Ujqorod" və "Kremen" klubları arasındakı qarşılaşma zamanı matçın 64-cü dəqiqəsində baş verib.
Boyko əməlini inkar edərək, etdiyi jestlərlə sevinmədiyini, əksinə qəzəbini ifadə etdiyini bəyan edib.