Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 09:12
Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində oktyabrın 14-dən 15-nə keçən gecə baş tutmuş Argentina - Peru oyununda 90 dəqiqə meydanda olan Lionel Messi, deyəsən qətiyyən yorulmayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Bakı vaxtilə saat 05.30 radələrində başa çatan qarşılaşmadan dərhal sonra o, Fransaya uçaraq özünü bu gecə saat 23.00-da start götürən PSJ - "Anje" oyununa çatdırıb.
Argentinalı komandasının Fransa çempionatındakı növbəti matçını "Park de Prens"də əyləşərək izləyib.
Messinin millinin oyunundan 18 saat sonra PSJ-nin matçında iştirak etməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, sözügedən görüş 2:1 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb.